Ru
16:55 / 28 Mart 2023

Şəki sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər - FOTO

1528
"Açıq mikrofon" aksiyası Oğuz rayonundan sonra Şəki şəhərində təşkil olunub.

Bakupost.az bildirir ki, aksiyaya qatılan 10-dan çox sakin müxtəlif müraciətlə çıxış ediblər.

Zaqatala RQİİ-nin baş mühəndisi Taleh Həsənov tədbiri açıq elan edəndən sonra mikrofon önünə ilk çıxan Şahpəri Bünyadova debitor borcun ödənilməsində köməkliyin göstərilməsini xahiş edib.

Ardınca 119-120-ci kvartalların 500-ə yaxın sakini adından Eldar Abuzərli müraciətini ünvanlayıb. Adıçəkilən sakin qeyd olunan ünvanların qazlaşdırılmasını istəyib.

Vətəndaşa məlumat verilib ki, həmin ərazinin qazlaşdırılması ilə bağlı layihə hazırdır və tezliklə işlərə başlanılacaq.

Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
Şəki sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Şəki sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Şəki sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Şəki sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər