Ru
14:30 / 28 Mart 2023

Separatçılardan Bakıya gəlmək təklifinə reaksiya

Separatçılardan Bakıya gəlmək təklifinə reaksiya
Eye

Xankəndi separatçıları Azərbaycan Prezident Administrasiyasının Bakıda Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş keçirilməsi təklifini “öz şərtlərini zorla tətbiq etmək cəhdi” adlandırıb.

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə separatçı qurumun "Xarici İşlər Nazirliyi"nin bəyanatında bildirilir.

“Azərbaycan tərəfinin elan etdiyi görüşün keçirilmə yeri və gündəliyi ilə bağlı şərtləri, eləcə də bu təklifin təqdim olunduğu kontekst göstərir ki, Azərbaycan hakimiyyətinin məqsədi mövcud problemlərin real müzakirəsi deyil, mümkün dialoqun pozulması və ya məcburiyyət, blokada, dözülməz həyat şəraitinin yaradılması və hərbi güc tətbiqi yolu ilə öz siyasi gündəmini qəbul etdirməkdir”, - deyə bəyanatda qeyd olunur.

Buna baxmayaraq, separatçılar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə onların məsuliyyət zonasında Azərbaycan nümayəndələri ilə görüşməyə hazır olduqlarını bildiriblər.

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar