İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində növbəti yenilik istifadəyə verilir.
Artıq sərnişinlər bank kartı ilə həyata keçirdikləri ödənişlər üzrə qəbzlərdə gedişin aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.
Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək. Bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.
Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən "Birbank" mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.
Yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan identifikasiya etməsinə imkan yaradacaq.
Məndən də tutublar özü işdə olduğum saatda ???? gejdallalar
əla
Haram xoşunuz olsun oğru yığını birdəfə metrodan istifadə elədim 5 dəfə ödəniş tutuldu kartımdan. İdarələrinədə zəng edirsən telefonu götürən yox
Вы бы лучше проезд доя пенионеров сделали безплатный ,как это принято в других странах☝️
Onnansa qiyməti düşsün