Ru
19:46 / 20 İyun 2025

Sertifikasiya imtahanında 3300 müəllim iştirak etdi

Sertifikasiya imtahanında 3300 müəllim iştirak etdi
Eye

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Bu barədə Bakupost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

İyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3 300 nəfər müəllim iştirak edib, 90% davamiyyət qeydə alınıb.

Təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 19:00-dan etibarən başlanılacaq.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar