Ecan Metven adlı poçtalyon Şotlandiyanın Lanarkşir bölgəsinin East Kilbride şəhərində birlikdə yaşadığı evdə 21 yaşlı sevgilisi Feniks Spencer-Hornu qəddarlıqla qətlə yetirib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrında baş verib.
Məhkəmə zamanı işin təfərrüatları ortaya çıxıb. İş qrafikinə görə özünü tənha hiss etməkdən şikayətlənən Metven sevgilisinə dəhşət yaşadıb. Qonşular gecə yarısı qışqırıq və ayaq səsləri eşitdiklərini bildiriblər. İş materiallarına görə, Metven əvvəlcə Feniksi boğmağa çalışıb, sonra ona ən azı 20 bıçaq zərbəsi vurub, onlardan biri qızın sinəsindən dəyib və ölümcül olub. Lakin vəhşiliklər bununla bitməyib: qatil bıçaqdan istifadə edərək qurbanın başını kəsib və bədən üzvlərini gövdəsindən ayırmağa çalışıb.
Bütün bunlar azmış kimi o, qətldən sonra bir gün sevgilisinin adından onun anası ilə yazışıb.
Metven məhkəmədə cinayəti etiraf edib.
Hökm iyulun 14-də elan olunacaq. Müttəhimi ömürlük həbs cəzası gözləyir.