Ru
15:35 / 31 Yanvar 2024

Şeyxi öldürmək planı, Hacı Sabirin infarktı, Mərdanovun nurçularla işbirliyi - Gizli məqamlar - VİDEO

15974
“BakuPost” TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında jurnalist Niyaz Niftiyevin təqdimatında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, professor Rafiq Əliyev olub.


Bakupost.az xəbər verir ki, R.Əliyev müsahibəsində komitə sədri olduğu 2000-ci illərdə bir sıra İslam təriqətlərinin Azərbaycana axını, vəhabilərin icma halında məscidlərdə möhkəmlənmələri, dini təriqətlərə geniş azadlıq verilməsinin səbəbləri, nurçuların hakimiyyətin müxtəlif qollarında təmsil olunmaları və ölkənin təhsil sistemini ələ keçirmələri fonunda dövrün təhsil naziri Misir Mərdanovun onlara boyun əyməsi haqda suallara aydınlıq gətirib. O, söhbət zamanı eyni zamanda QMİ-Komitə mübarizəsi, QMİ sədrliyi uğrunda Hacı Sabir Həsənli – Şeyx Allahşükür Paşazadə savaşında naxçıvanlı məmur kontingentinin rolu, Hacı Sabirin iş otağında infarkt keçirməsi kimi bir çox məqamlara toxunub.



Müsahibədə həmçinin A.Paşazadə ilə söhbətindən sonra Komitəyə gələn xarici jurnalistin “Şeyxülsilamın Prezident olmaq şansı varmı?” kimi təxribatçı sualına R.Əliyevin sərt cavabı, Həcc ziyarətinin qiymətlərinin baha olması ilə bağlı ictimai narahatçılıqlara Heydər Əliyevin reaksiyası və digər maraqlı məsələlərə yer ayrılıb.


Veriliş növbəti həftənin birinci günü - fevralın 5-i saat 11:00-da “BakuPost”un YouTube kanalında yayımlanacaq.



BakuPost

Həmçinin izləyin:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər