Ru
13:42 / 30 Mart 2023

Si Cinpin rəsmən bəyan etdi: Müharibəyə hazırlaşırıq

3324
Çin lideri Si Cinpin ölkəni müharibəyə hazırladığını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə Foreign Affairs yazıb.

Nəşr qeyd edib ki, Si Cinpin Çinin müharibəyə hazırlaşdığını dünyanın "ciddi qəbul etməli olduğunu" bildirib.

Xəbərə görə, Çin lideri bu bəyanatla ÇXR parlamenti və onun ali məşvərətçi orqanının illik iclasında çıxış edib:

"Si Cinpin dörd ayrı çıxışında müharibəyə hazırlıq mövzusuna toxunub. Həmin çıxışlarından birində o, generallarına “cəsarətlə vuruşun” deyib.

Həmçinin Çin liderinin son on ildə iki dəfə artan Çinin müdafiə büdcəsini 7,2% artırdığı bildirilir. Si Cinpin ölkəni xarici taxıl idxalından daha az asılı etmək planlarını da açıqlayıb.

Bundan əlavə, Pekin son aylarda hərbi hazırlıqla bağlı yeni qanunlar qəbul edib. Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi, ölkə daxilində Milli Müdafiə Səfərbərliyinin yeni ofislərinin yaradılması da məlumdur.

"Əgər Çin lideri müharibəyə hazırlaşdığını deyirsə, onun sözünü ciddi qəbul etməmək axmaqlıq olardı”, – deyə Foreign Affairs yazır.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər