Ru
09:22 / 25 Fevral 2023

Sığorta şirkətlərinin yeni fırıldağı - "Prius"lar kimlərin adına sığortalanır? - VİDEO

16244
Sığorta şirkətlərinin yeni bir fırıldağı ortaya çıxıb.


Bakupost.az xəbər verir ki, bu barədə “AvtoStop” radioverilişinin aparıcısı Tural Yusifov paylaşım edib.


O, bildirib ki, sığorta haqqının baha olması ilə bağlı ona müraciət edilib:

“Həbib Naibov adlı bir dinləyicim zəng etdi ki, mənim sığorta haqqım nəyəsə görə bahadır. 75 manat ödənilməli halda, 300 manatdan çox pul istəyirlər. İcbari Sığorta ilə bağlı qaydalar dəyişib, kimin maşına etibarnaməsi var deyə fikirləşdik, bəlkə o qəza edib? Dayısı oğlunda etibarnamə olduğu üçün ondan şübhələndik.
Dünən zəng etdi və məlum oldu ki, əslində problem dayısı oğlu ilə bağlı deyil. Problem odur ki, sığorta şirkətləri bazaya baxırlar, kim ki uzun müddət qəza etməyib, 3-cü şəxsin məlumatlarından istifadə etməklə həmin şəxsin adına avtomobil sığortalayırlar. O da məlum olub ki, həmin avtomobil “Toyota Prius”dur. Deməli, taksiləri sığorta şirkətləri sığortalamırlarmış. Onlar da çıxış yolu kimi sığorta agentliklərində kimisə tapıb, başqalarının adına avtomobilləri sığortalayıblar.

İndi sual yaranır, bir adamın avtomobilinə həmin şəxsin etibarnaməsi yoxdursa, qeydiyyat şəhadətnaməsi həmin adamın adına deyilsə, sığorta şirkəti bu maşını həmin avtomobillə əlaqəsi olmayan adamın adına necə sığortalayır? Niyə sığortalayır? www.isb.az saytında sığorta tarixçənizə baxın. Ola bilər sizin də adınıza sizə aidiyyəti olmayan avtomobili sığortalayıblar.

Həbib yoxladıqda məlum olub ki, onun sığorta haqqının çox olmasının səbəbi başqasının avtomobilinin onun adına sığortalamaqları olub”.

Ətraflı videomaterialda:




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər