Ru
13:29 / 29 Sentyabr 2026

Bakıya yağış yağır

Bakıya yağış yağır
Eye

10:09

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.


"Bakupost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala, Kürdəmirdə 3, Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ, Lənkəranda 2, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınır.

***

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 13:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Daşkəsən, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Şahdağ, İsmayıllı, Xınalıq, Qəbələ, Qax, Qrız, Qusar, Şabran, Xaçmaz, Quba, Xızı, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Ağcabədi, Salyan, İmişli, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar