Ru
18:36 / 23 Noyabr 2024

Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü
Eye

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Bakupost.az -ın məlumatına görə, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib.

67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Şərhlər
  • Fuad İslamzadə

    Məişətdə və qidalanmada istifadə etmək üçün sirkə turşusunun ən çoxu 9 faizli məhlulundan istifadə edilməlidir. Bizdə isə marketlərdə açıq şəkildə 70 faizli sirkə turşusu sərbəst şəkildə satılır. Buna son qoyulmasa, vaxtaşırı belə xəbərlər eşidəcəyik.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar