Ru
12:08 / 21 Noyabr 2022

Siyasi partiyalar xaricdən pul ala bilməyəcək

Siyasi partiyalar xaricdən pul ala bilməyəcək
Eye

Siyasi partiyaların maliyyələşmə prosesi müəyyənləşib.



Bakupost.az xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında qeyd olunub.



Siyasi partiyalar üzvlük haqqı, ianə, dövlət maliyyə yardımı, mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait, hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak, qanunla qadağan olunmayan digər gəlirlər hesabına maliyyələşəcək.



Eyni zamanda siyasi partiyaların aşağıdakı mənbələrdən ianələr qəbul etməsi qadağan olunur:



1. dövlət orqanları (qurumları);

2. yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;

3.digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;

4. beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;

5. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar