Ru
13:56 / 16 İyul 2025

Şok iddia: Türkiyə səfirliyi FETÖ-yə qarşı tədbirə FETÖ-çüləri çağırdı - Foto

Şok iddia: Türkiyə səfirliyi FETÖ-yə qarşı tədbirə FETÖ-çüləri çağırdı - Foto
Eye

Tanınmış jurnalist və politoloq Taleh Şahsuvarlı Türkiyə səfirliyində təşkil edilən 15 iyul 2016-cı il olayları ilə tədbir haqda sensasiya sayıla biləcək iddia paylaşıb.

Bakupost.az xəbər verir ki, politoloq bir neçə il öncə, FETÖ-çülərin 2016-cı il qiyam cəhdindən az sonra Türkiyə səfirliyində təşkil edilən tədbiri xatırladıb.

“Türkiyənin Azərbaycandakı səfirliyi bir neçə siyasi analitiki, köşə yazarını görüşə dəvət etmişdi. Uzun illər ərzində FETÖ-yə qarşı Azərbaycan mediasında səmimi və peşəkar mübarizə aparmış imzaların hər biri orda idi. Əlimi iştirakçılara uzadaraq dedim: “Siz bizi belə dəqiq tanıyırdınızsa, illər boyu nədən bir dəfə də olsun, hər hansı tədbirə dəvət etmədiniz?” Səfirlikdən hansısa məsul nümayəndə cavabında boş-boş danışdı. Təkrar söz aldım və dedim ki, gəlin bir-birimizi aldatmayaq, bu tədbir Ankaraya özünüzü təqdim etmək üçün keçirilir, bu səfirlikdəki bir çoxunun məhz FETÖ-yə qarşı səmimi və davamlı şəkildə çıxdığımız üçün bizdən qətiyyən xoşu gəlmir. Daha sonra bir-iki dəfə Zəfər günlərinə-filan dəvət etdilər, sonra yada salan belə olmadı. Buna boş verirəm. Zatən o qədər mənasız adam dəvət edirlər ki, orada iştirak etmək ciddi adam üçün ayıbdır. Amma... Bu gün (15 iyul – red.) qardaş Türkiyənin Bakıdakı səfirliyi Fətullah Gülənin çevriliş cəhdinə qarşı anım tədbiri keçirib və orada... Fətullah Gülənin rəsmi saytında məqalələri olanlar ön sırada əyləşdirilib!” – Taleh Şahsuvarlı yazıb.

Politoloqun sözügedən tədbirə dəvət edilənlərdən kimləri qəsd etdiyi məlum deyil, buna baxmayaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin ötən gün təşkil etdiyi tədbirdən fotoları təqdim edirik:

Asena,
BakuPost

Şok iddia: Türkiyə səfirliyi FETÖ-yə qarşı tədbirə FETÖ-çüləri çağırdı - Foto
Şok iddia: Türkiyə səfirliyi FETÖ-yə qarşı tədbirə FETÖ-çüləri çağırdı - Foto
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar