Ru
00:50 / 15 May 2021

Son dəqiqə: Ordumuz geri çəkildi? - Ermənistan MN-in bəyanatı

75081
Zəngəzur (Sünik) və Geqarkunik vilayətlərində Azərbaycan Ordusunun 12-13 may tarixlərində sərhədləri dəqiqləşdirmək üçün atdığı addımla bağlı (Qaragölə nəzarətin bərpa olunması nəzərdə tutulur – red.) situasiyada heç bir dəyişiklik yoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, erməni tərəfi Azərbaycan hərbçilərinin əvvəlki mövqelərinə çəkilməsini heç bir ilkin şərt irəli sürmədən tələb edib.

“Məsələnin sülhlə həlli üçün 12 maydan aparılan danışıqlar sabah davam etdiriləcək”, - bəyanatda bildirilib.
Ermənistan MN internetdə və müxtəlif media orqanlarında Azərbaycan Ordusunun bu gün səhər irəli getdiyi haqda informasiyaları təkzib edib.

“Azərbaycan Ordusu 13 maydan etibarən nəinki irəliləməyib, əksinə, Ermənistan silahlı qüvvələrinin fəaliyyəti nəticəsində bəzi əraziləri tərk edib”, - bəyanatda qeyd edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər