Ru
14:43 / 18 Noyabr 2022

"Starbaks" işçiləri tətil qərarı verdi

"Starbaks" işçiləri tətil qərarı verdi
Eye

"Starbaks" şirkətinin işçiləri tətilə başlayıb.

Bakupost. az xəbər verir ki, işçilər ixtisarlar və mağazaların bağlanmasına etiraz edirlər.

ABŞ-ın qəhvə şəbəkəsi ittifaqların yaranmasına yol verməməklə ittiham olunur. "Starbaks" işçiləri şirkəti vicdanla hərəkət etməməkdə günahlandırıb. 100-dən çox mağazada bir günlük tətil elan edilib. İşçilər maaşlarının azlığından, stabil iş rejiminin olmamasından şikayətlənib.

ABŞ səlahiyyətliləri "Starbaks"ı avqust ayında işdən çıxardığı həmkarlar ittifaqı fəallarını işə bərpa etməyə çağırıb.

İşçilərin tətil qərarı "Starbaks"ın müştərilərinə bayram məzmunlu qırmızı fincanlar təqdim etdiyi günə təsadüf edib. Hər il bu fincanlara görə mağazaların qarşısında uzun növbələr yaranırdı.

Aynur,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar