Ru
17:07 / 14 Mart 2023

“Strateji məhsulların ehtiyatını artırmalıyıq” - Ekspert

 “Strateji məhsulların ehtiyatını artırmalıyıq” - Ekspert
Eye

“Bu gün kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsi, eyni zamanda aqrar məhsulların istehsalının artırılması əsas tələblərdəndir. Xüsusən də Rusiya-Ukrayna müharibəsi və qlobal dəyişikliklərin fonunda ərzaq təhlükəsizliyi və ərzaq təminatının gücləndirilməsinə ehtiyac var. Biz ötən il və bu ilin qalan aylarında kənd təsərrüfatında müəyyən inkişafın olmasını hiss etdik. 2023-cü ildə kənd təsərrüfatı mallarının istehsalının genişləndirilməsi, eyni zamanda bu sektorun dövlət tərəfindən daha da yaxından dəstəklənməsi müşahidə olunacaq”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, aqroparkların əkin sahələrini genişləndirməsi də kənd təsərrüfatı məhsullarının artımına xidmət edən faktorlardandır:

“Gözlənilir ki, bu da aqrar və strateji məhsullarla bağlı ehtiyatların artmasına imkan verəcək. Bu il də Azərbaycan həm kənd təsərrüfatı məhsullarının inkişafında yerli mənbənin payının, həm də ehtiyatların həcminin artırılması ilə bağlı işlərini davam etdirəcək”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar