Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:47 / 28 Noyabr 2024

Suriyada vətəndaş müharibəsi qızışdı: Müxaliflər Hələbə yaxınlaşır - FOTO

1104

Suriyanın müxalif Milli Ordusu mənsubları və "Təhrir əş-Şam" hərəkatı Bəşər Əsədə qarşı genişmiqyaslı əməliyyat başladıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən toqquşmalardan sonra müxaliflər Hələbə 4 kilometrə qədər yaxınlaşıb.

Müxalif mənbələr əməliyyat çərçivəsində 32 kənd və qəsəbənin rejim qüvvələrindən alındığını açıqlayıb. Əldə edilən ərazilər arasında strateji əhəmiyyətə malik Urm əl-Suğra və Ancara kimi qəsəbələr, həmçinin Hələbin Qərbində yerləşən Əsəd rejiminin ən böyük bazası olan 46-cı baza da yer alır. Bundan əlavə, M5 avtomagistralının bir hissəsinə nəzarət edildiyi də qeyd olunub.



"Təhrir əş-Şam" Hələb şəhər mərkəzinə yaxınlaşarkən, gün ərzində davam edən döyüşlər nəticəsində, təxminən, 250 kvadrat kilometr ərazi də nəzarət altına alınıb. Nəzarət edilən bəzi yerlərdə Əsədin şəkilləri endirilib.



"Təhrir əş-Şam" əldə etdiyi ərazilərdə rejimə məxsus hərbi texnika və silahları ələ keçirib, rejimin çox sayda əsgərini əsir alıb. Döyüşlərdən qaçan çoxlu sayda mülki vətəndaş İdlibin kənd ərazilərinə sığınıb.

Rəhman Mirzəlizadə, Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar