Ru
08:45 / 15 Mart 2023

Şuşaya gedən yük maşını qəzaya düşdü

Şuşaya gedən yük maşını qəzaya düşdü
Eye

Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakupost.az -a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini, 1987-ci il təvəllüdlü Xəndan Teymurov "HOVO" markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar