"Rüsum ləğv edilməyib. Xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib".
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb.
"Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.
Bununla bağlı çox yazılıb. Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib".
Ayfon 11 in qeydiyat qiymeti
qydiyatdan kecmek üçün kimə müraciyət elemeliyem ?
Realmic3 üçün neçe manat ödemeliyem
İpone 8 qiymet nedir
Salam redmi9A reqstrayi neciyedi
Mənim telefonum sadə düyməli telfondur işləyirdi sonradan qeydiyyat istəyir
Telefon qeydiyat qiymeti
Galaxy A 12 hər iki nömrəsini qeydiyatdan keçirtək üçün 50 manat istədilər. Bu doğrudurmu?
iPhone 12 Pro Max qeydiyat neciyedi?
Salam redmi 8 qeydiyyat neçiyədi.
menım telfonum qeydıyatlıydı yene sım sad baqlanıb qeydıyat ısteyır yenıden pul odemelıyem?