Ru
15:59 / 23 Mart 2024

Terror aktında ölən Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil? - XİN-dən açıqlama

1837
Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Krokus Siti”də baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

Bu barədə qurumdan Bakupost.az -a məlumat verilib.

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

Xatırladaq ki, daha əvvəl bir nəfər sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, ötən axşam "Krokus Siti"də terror aktı baş verib. Hadisə nəticəsində 150 adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər