Rusiyanın hüquq-mühafizə orqanları "Subo" adı ilə tanınan azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədovun qohumların evlərində axtarış aparıblar.
Bakupost.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Məlumata görə, bloqerə məxsus "Lamborghini" avtomobili saxta şəxsin adına yenidən rəsmiləşdirib və qeydiyyatdan çıxarılıb. Nəqliyyat vasitəsini daha sonra satmağa da cəhd göstəriblər.
"Subo"nun qardaşının BMW maşınına da həbs qoyulub. Onun mülkiyyətçiləri Məmmədovun dostlarıdır. Bundan başqa, bloqerin "Soul Burger" kafesində axtarışlar aparılıb.
Qeyd edək ki, Rusiyanın İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi tanınmış azərbaycanlı bloqer Subo ( Sübhan Məmmədov) barəsində 50 milyon rubl məbləğində vergi ödəməkdən yayınma ittihamı ilə cinayət işi başladıldığını açıqlayıb. Məşhur bloqer, həmçinin bu ilin fevralında Rusiya vətəndaşlığından məhrum edilib.