Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:07 / 28 Noyabr 2024

Tiflis AB ilə danışıqları dayandırdı - Əhali küçələrə çıxdı

1692
Gürcüstanın bir sıra digər şəhərlərində Avropa Birliyi ilə üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra aksiyalar başlayıb.

Bakupost.az gürcü KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin, parlament binası qarşısında yüzlərlə insan toplaşıb.

Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, İ.Kobaxidze 2028-ci ilin sonuna qədər Avropa Birliyinə üzvlük məsələsinin gündəmə gətirilməyəcəyini və ittifaqın qrantlarından imtina edildiyini elan edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar