Ru
22:03 / 23 May 2025

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
Eye

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri – Emin Abdullayev ev dustaqlığına buraxılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.


Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdiyi vəsatəti əsaslı hesab edib.

Qərara əsasən Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar