Ru
15:09 / 04 İyun 2025

Tiktoker “Xozeyn” azadlığa buraxıldı

Tiktoker “Xozeyn” azadlığa buraxıldı
Eye

Polis tərəfindən saxlanılan “Xozeyn” ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “APA”ya vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, tiktoker Vüqar Kərimov polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar