Ru
12:37 / 17 Mart 2025

"Toplum TV" işi üzrə ibtidai istintaq tamamlandı

"Toplum TV" işi üzrə ibtidai istintaq tamamlandı
Eye

"Toplum TV" işi üzrə ibtidai istintaq tamamlanıb.

Bakupost.az xəbər verir ki, artıq təqsirləndirilən şəxslər və müdafiəçiləri iş materialları ilə tanış olublar.

Toplum TV-nin təsisçisi, tanınmış media eksperti Ələsgər Məmmədli və digər təqsirləndirilən şəxslərin cinayət işi bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, təsisçi Ələsgər Məmmədli də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2-ci (qanunsuz sahibkarlıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci, 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma – mütəşəkkil dəstə halında törədildikdə), 213.2.1-ci (vergidən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə yekun ittiham verilib.

Eyni ittihamlar iş üzrə digər təqsirləndirilən şəxslər - Ruslan İzzətli, Akif Qurbanov və başqalarına da aiddir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar