Tovuz rayonunda kütləvi zəhərlənmənin baş verdiyi dönərxana bağlanıb.
Bakupost.az xəbər verir ki, rayonun M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evi xidmət göstərmir.
Məlumat üçün bildirək ki, baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılmışdı.
AQTA-nın mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Xatırladaq ki, iyunun 25-də baş verən hadisə zamanı 35 nəfər zəhərlənib.