"Ev elə titrədi ki, pəncərələrin 90 faizi sınıb yerə töküldü. Evin içi pəncərə şüşəsi ilə dolu idi".
Bakupost.az xəbər verir ki, bunu "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş verən partlayış nəticəsində mənzilinə ziyan dəyən sakin Fikrət Ələkbərov Baku TV-yə deyib.
"Neçə ildir, deyirdik ki, bura pirotexniki anbardır. Buraya həmişə mütləq nəzarət edilməlidir. İndi bunun hesabını kim ödəyəcək? Gərək kinostudiya ödəsin, çünki obyektlər onlara məxsusdur", − F.Ələkbərov bildirib.
Onun sözlərinə görə, ərazidə olan növbəti tikili də partlaya bilər.