Ru
14:23 / 27 İyun 2025

Füzulidə yeniyetmə kanalda batdı

Füzulidə yeniyetmə kanalda batdı
Eye

Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.

Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar