Ru
10:21 / 11 May 2024

Tovuzda qoşulub qaçan məktəbli qız ailəsinə qaytarıldı

3536
Tovuz rayonu Vahidli kəndində orta məktəbin 10-cu sinf şagirdinin evlənmək məqsədilə qaçırılması ilə bağlı məlumat yayılıb.

Bakupost.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, qaçırılan məktəbli artıq ailəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədilə qaçırıb. Komitədən məsələnin nəzarətdə saxlanıldığı bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, müraciətlə əlaqədar Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb: “Tədbirlər nəticəsində qızın yeri müəyyən edilib. O, polisə verdiyi ifadəsində öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon polis şöbəsinin rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər