Ru
22:58 / 24 Dekabr 2022

"Trabzonspor" "Fənərbağça"nı məğlub etdi

"Trabzonspor" "Fənərbağça"nı məğlub etdi
Eye

Futbol üzrə Türkiyə Super Liqasının ikinci dövrəsinin ilk turu mərkəzi qarşılaşma ilə yadda qalıb.

Bakupost.az -ın məlumatına görə, son çempion "Trabzonspor" hazırkı lider "Fənərbağça" klubunu qonaq edib. Qarşılaşma 2:0 hesabı ilə ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 61-ci dəqiqəsində Maksi Qomez hesabı açıb. Trezege isə oyuna əlavə edilən 11-ci dəqiqədə "Qara dəniz fırtınası"nın üstünlüyünü 2 topa çatdırıb.

Qara dəniz təmsilçisi bu qələbə sayəsində aktivindəki xalların sayını 26-ya çatdırıb. "Fənərbağça"nın aktivində isə 29 xal var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar