ABŞ Prezidenti Donald Tramp "Apple" şirkətindən "iPhone" istehsalını ABŞ-yə köçürməyi tələb edib və əks halda rüsum tətbiq edəcəyi ilə hədələyib.
Bakupost.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Mən çoxdan ("Apple"ın baş direktoru) Tim Kuka məlumat vermişəm ki, ABŞ-də satılan "iPhone"lar Hindistanda və ya başqa yerdə deyil, ABŞ-də istehsal edilməli və yığılmalıdır. Əgər belə olmasa, "Apple" ABŞ-yə ən azı 25% tarif ödəməli olacaq", - o xəbərdarlıq edib.
Hazırda "iPhone"un qlobal istehsalının təxminən 18%-i Hindistanın payına düşür. Onların istehsalında Çinin payı 75%-dən çoxdur. "Bloomberg"in məlumatına görə, "Apple" 2024-25-ci maliyyə ilində (martda başa çatıb) Hindistanda 14 milyard dollar dəyərində "iPhone" istehsal edib ki, bu da onun ümumi istehsalının təxminən 14%-ni təşkil edir.