ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq edilən tariflərin azaldıla biləcəyinə işarə edib.
Bakupost.az "BBC News"a istinadən xəbər verir ki, bu açıqlama rəsmilərin danışıqlara hazırlaşdığı bir vaxtda verilib.
"Artıq daha da yüksələ bilməz. Tariflər 145 faizdədir, bu da onların enəcəyini göstərir," – deyə Tramp bildirib.
O, bu fikri Ağ Evdə keçirilən tədbirdə səsləndirib.
Tramp Böyük Britaniya ilə əldə olunan tarif razılaşmasını da açıqlayıb. Bu, onun aprel ayında bir sıra ölkələrə yüksək tariflər tətbiq etməsindən sonra ilk belə razılaşmadır.
Həftəsonu İsveçrədə keçiriləcək görüş isə ticarət müharibəsində gərginliyin azaldılması üçün ən ciddi siqnal kimi qiymətləndirilir. Bu müharibə son aylarda maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub.
Aysel,
BakuPost