Ru
23:00 / 17 İyul 2025

Trampa diaqnoz qoyuldu: Xroniki venoz çatışmazlığı...

Trampa diaqnoz qoyuldu: Xroniki venoz çatışmazlığı...
Eye

ABŞ Prezidenti Donald Tramp ayaqlarında “yüngül ödem” və qollarından birində qançırlar səbəbindən tibbi müayinədən keçib. Onda 70 yaşdan yuxarı insanlar üçün xarakterik olan vena xəstəliyi aşkar edilib.

Bakupost.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt ənənəvi brifinq zamanı bildirib.

O, Trampın həkiminin müayinəni ətraflı təsvir edən qeydini paylaşıb.

Bildirilib ki, Tramp ultrasəs müayinəsindən (USM) və damarları əhatə edən "kompleks müayinə"dən keçib. Müayinə 79 yaşlı dövlət başçısında xroniki venoz çatışmazlığı olduğunu müəyyən edib.

Klivlend klinikasının məlumatına görə, bu vəziyyət insanın ayaqlarındakı venaların qanı ürəyə geri vurmaqda çətinlik çəkdiyi zaman yaranır, bu da qanın toplanmasına səbəb olur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar