"Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın müzakirələrində iştirak edir".
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff "Fox News"a müsahibəsində deyib.
"Mən BAEA-nın baş direktoru Rafael Qrossi ilə hər gün dəfələrlə danışıram. O, mənim İranın uranı zənginləşdirmək imkanlarının aradan qaldırılması ilə bağlı verdiyim qiymətləndirmələrlə razılaşır", - deyə S.Uitkoff bildirib.
S.Uitkoff əlavə edib ki, ABŞ Tehranla da danışıqlar aparır: "Düşünürəm ki, danışıqlar perspektivlidir".