Ru
10:40 / 25 İyun 2025

Etiketdə və kassada fərqli qiymətlər: Marketlərin fırıldağı ifşa olundu - VİDEO

Etiketdə və kassada fərqli qiymətlər:  Marketlərin fırıldağı ifşa olundu - VİDEO
Eye

Alış-veriş zamanı məhsulun etiketində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq olub.

Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib.

Məsələyə aydınlıq gətirmək üçün çəkiliş qrupu həmin geyim mağazasına yollanıb. Mağaza sahibi qiymət fərqini belə izah edib:

"Endirimli qiymət etiketləri əvvəlcədən vurulub. Daha sonra isə qiymət artımı baş verib. Qiymət yenicə dəyişdiyinə görə bu, hələ etiketlərdə əksini tapmayıb".

Qeyd edək ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda elektron poçt və ya rəsmi internet səhifəsi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya "195" qaynar xəttinə müraciət edə bilərlər.

Ətraflı süjetdə:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar