Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:32 / 11 İyul 2024

“Trendyol” qiymətləri qaldırdı - Alıcılar yerli bazara üz tutacaq?

3769
“Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulları çatdırma qiymətlərini qaldırdığı bildirilir.

Hətta onlayn alış-veriş edən istehlakçılar çatdırma qiymətinin geyimin öz qiymətindən yüksək olduğunu deyirlər.


"Fikrimcə, "Trendyol"da çatdırma xərclərinin artırılması dizel yanacağının bahalaşması ilə əlaqədardır. Dizelin qiymətinin qaxması “Trendyola”da öz təsirini göstərib”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.




Onun sözlərinə görə, dizelin qiymətinin artması anbarlara yüklərin daşınması, çatdırılmasının maya dəyərini də yüksəldir:

"Böyük ehtimal ki, çatdırılma xərclərinin qəfildən artması bununla bağlı bir məsələdir. Çünki Türkiyə ərazisində çatdırma qiymətləri dəyişməyib”.

Natiq Cəfərlinin fikrincə, qiymət artımı ilə bağlı qərar "Trendyol"un müştərilərini itirməsinə səbəb olacaq:

“Qiymətlər bahalaşdıqca insanlar "Trendyol"dan istifadə etməyəcəklər. Daha ucuz onlayn satış platformasına yönələcəklər”.





İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, yaxın gələcəkdə ölkə daxilində alış-veriş etmək daha sərfəli olacaq, nəinki sifariş vermək. Onun fikrincə, bir neçə il əvvəl eyni məhsulun xaricdən sifariş edilməsi indiki ilə müqayisədə daha sərfəli idi:


"Maya dəyərinə baxsaq, indi həmin məhsulun ölkədən alınması ilə xaricdən gətirilməsi arasında elə böyük fərq görmərik. Belə olan halda onu yerli mağazalardan almaq xaricdən sifariş etməkdən daha sərfəlidir. Get-gedə xarici bazarlarda təklif olunan malların onlayn sifarişi ilə onların yerli bazardan əldə edilməsinə xərclənən pul arasında elə ciddi fərq olmayacaq”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar