Ru
15:37 / 05 Aprel 2022

Türk dünyasında Şuşanın başqa yeri var - Tənzilə Rüstəmxanlı - VİDEO

1830
“Şuşanın mədəniyyət mərkəzinə çevrilməsində Azərbaycan dövlətinin, cənab Prezidentin çox böyük xidmətləri var. İlk gündən Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün qərarlar verilib, addımlar atılıb”.


Bakupost.az xəbər verir ki, bunu Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı İctimai TV-də yayımlanan “Qarabağ gündəliyi” verilişində deyib.


Şuşa Bəyannaməsi haqqında danışan T.Rüstəmxanlı bildirib ki, bu, hər iki dövlət üçün çox önəmlidir:

“Şuşada çox böyük layihələrdən, mədəniyyət tədbirlərindən biri olan “Xarıbülbül” festivalı keçirildi.

Ötən bir il ərzində orada qədər işlər görülüb ki...

Həmçinin Şuşa Bəyannaməsi Şuşaya tarixi əhəmiyyət qazandırdı.

İmzalanan Bəyannamənin maddələri hər iki xalq üçün, xüsusilə Azərbaycanımız üçün çox önəmli idi. Bunlar Şuşanın sadəcə türk dünyasında deyil, eləcə də bütün dünyada əhəmiyyətini göstərir. Mən türk dünyası ilə çalışan, diaspor fəaliyyəti olan bir qurumun rəhbəri kimi diasporda olan azərbaycanlıların, o cümlədən türklərin Şuşaya olan sevgisinin şahidi oluram. Türk dünyasında artıq Şuşanın başqa yeri var. Şuşa Azərbaycanın ən həssas yeridir. Əsirlikdən azad olunub, Şuşa həsrəti ortadan qaldırılıb.

Azərbaycan dünyanın diqqətini Şuşaya çəkmək üçün böyük layihələr işləyəcək və işləyir də”.


Daha ətraflı videoda:




Fəridə
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər