Ru
11:49 / 07 İyul 2026

Autizmli uşağı parodiya edən aktyor tənqid olundu: “Bilərəkdən olmayıb” - VİDEO

Autizmli uşağı parodiya edən aktyor tənqid olundu:  “Bilərəkdən olmayıb” - VİDEO
Eye

“Qılman doktor” obrazı ilə məşhurlaşan aktyor İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi cəmiyyətdə ciddi tənqidlərə səbəb olub.

"Bakupost" xəbər verir ki, yayılan videoda aktyorun “Həkimin önündə oynayan dəli qız var idi ya” sözlərini işlədərək həmin uşağın hərəkətlərini təkrarladığı görünür.

Məsələ ilə bağlı "Bakupost"a açıqlama verən İlkin Misgərli əvvəlcə həmin qızın videosuna baxmadığını deyib. Daha sonra isə “videoda “dəli qız” ifadəsini işlətmisiniz” sualımıza belə cavab verib:

“Heç o uşağın videosuna baxmamışam. Mən onu özümdən etmişəm. Ssenaridə yazılmış bir şey idi. Bilərəkdən nəsə olmayıb”.

Qeyd edək ki, sözügedən video bir neçə il əvvəl çəkilib. Videoda autizmli uşağın anası xeyriyyəçilik sahəsində fəaliyyəti ilə tanınan Hacı Quliyevin qəbulunda olaraq ona təşəkkür edir.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar