Ru
16:51 / 10 Mart 2022

Türk inteqrasiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirildi - FOTO

9323
Bu gün Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə türk dövlətləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq konfrans baş tutub.


Bakupost.az xəbər verir ki, konfransın açılış mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Türk Dövlətləri Təşkilatının qurucu Baş katibi Halil Akıncı, Azərbaycan Respublikasının keçmiş Baş naziri Həsən Həsənov, TDT Ağsaqqallar Şurasının Qazaxıstan tərəfdən nümayəndəsi İkram Adırbəyov, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli, səfirlər, diplomatlar, millət vəkilləri, alim və ekspertlər iştirak ediblər.


Onlayn şəkildə baş tutan tədbir çərçivəsində qardaş dövlətlərin müstəqilliyinin və inteqrasiyasının 30-cu ildönümünə həsr olunmuş “Türk dünyası - 30” toplusunun təqdimatı baş tutub.

Kitabda türk ölkələrinin və xalqlarının 30 illik əməkdaşlığına mühüm töhfələr vermiş görkəmli dövlət və ictimai xadimlərin, beynəlxalq təşkilat rəhbərlərinin, ekspert və elm adamlarının məqalələri və xatirələri yer alıb. Eyni zamanda, qardaş ölkələr arasında inteqrasiya proseslərinə, elmi və humanitar əməkdaşlığın genişlənməsinə, intensiv inkişafına həsr olunan araşdırmalar əksini tapıb.

Konfransın plenar iclasında Türkiyə Elmlər Akademiyasının (TÜBA) keçmiş prezidenti Ahmet Cevat Acar, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru Alpaslan Ceylan, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Qırğız Respublikası parlamentinin keçmiş deputatı Kanibek İmanəliyev, milıət vəkilləri Cavanşir Feyziyev, Vüqar Bayramov, Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun (STİ) direktor müavini Sanvar Vəliyev, EcoAvrasiya Vəqfi idarə heyətinin sədri Hikmət Eren, “İctimai rəy” İnstitutunun elmi məsləhətçisi və layihə direktoru Botagöz Rakişeva, Özbəkistan EA Milli Arxeologiya Mərkəzinin direktor müavini Qaybulla Babayarov, eləcə də digər tanınmış alimlər məruzə ilə çıxış ediblər.

Plenar iclasa Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli moderatorluq edib.

https://twesco.org/post/907



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər