Türkiyənin İzmir, Mersin və Muğla vilayətlərində baş verən meşə yanğınlarına qarşı hava və quru qüvvələrinin iştirakı ilə intensiv mübarizə aparılır.
Bakupost.az “Anandolu”ya istinadən xəbər verir ki, İzmirin Çeşmə rayonunun İldır məhəlləsində iyulun 2-də başlayan yanğın qısa müddətdə əkin sahələrindən meşəlik ərazilərə yayılıb. Güclü küləyin təsiri ilə alov genişləndiyindən Germiyan və Nohutalan kəndləri boşaldılıb. Əraziyə 2 təyyarə, 6 helikopter və xeyli sayda yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının yaxınlığından keçən İzmir–Çeşmə avtomagistralı da müvəqqəti olaraq bağlanıb. Hazırda ərazidə nəqliyyatın hərəkəti nəzarət altında davam etdirilir.
Eyni zamanda, İzmirin Ödemiş rayonunun Tosunlar, Suçıktı və Köseler kəndlərində də meşə yanğınları baş verib. Bu yanğınlar nəticəsində yataq xəstəsi olan 81 yaşlı İbrahim Erkan həyatını itirib. İzmir Bölgə Meşə İdarəsindən verilən məlumata görə, yanğınsöndürmə işlərinə 9 təyyarə, 22 helikopter, 1100-dən çox texnika və təxminən 6000 nəfərlik canlı qüvvə cəlb olunub. İzmir valisi Süleyman Elban açıqlamasında bildirib ki, ilkin araşdırmalara əsasən, yanğınların elektrik xətlərində baş verən qısaqapanmalardan qaynaqlandığı ehtimal olunur. Hələlik insan faktoru ilə bağlı hər hansı qəsd şübhəsi aşkar edilməyib.
Mersin və Muğlada da oxşar vəziyyət hökm sürür. Mersinin Gülnar rayonunda başlayan meşə yanğınına da helikopterlər və yanğınsöndürmə qrupları tərəfindən müdaxilə edilir.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, bölgələrdə havanın temperaturu normadan 5-10 dərəcə yüksəkdir və güclü külək alovun yayılmasını sürətləndirir.
Aysel,
BakuPost
❝İzmir Çeşme ve Ödemiş’te orman yangınlarına karşı karadan ve havadan topyekûn mücadele veriyoruz❞
— Anadolu Ajansı (@anadoluajansi) July 3, 2025
Tarım ve Orman Bakanı İbrahim Yumaklı, İzmir'in Çeşme ve Ödemiş ilçelerinde çıkan orman yangınlarına ilişkin paylaşımda bulundu https://t.co/olYL0TT5FZ pic.twitter.com/eMRC19maod