Ru
23:17 / 12 Noyabr 2026

Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı

Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
Eye

Türkiyə “Barış Boyun” cinayət qruplaşmasının liderlərindən sayılan Mehmet Rəcəb Dəmir Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediasının məlumatında deyilir.

Bildirilib ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu beynəlxalq arenada fəaliyyət göstərən və ictimaiyyətdə “Barış Boyun Cinayətkar Qruplaşması” olaraq tanınan silahlı cinayətkar qruplaşmaya qarşı istintaqı davam etdirir.

İstintaq çərçivəsində qruplaşmanın rəhbəri sayılan və barəsində 48 axtarış qərarı çıxarılan Mehmet Rəcəb Demir ölkəmizdə ələ keçib.

Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib.

Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına müvafiq sorğu göndərilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar