Ru
20:25 / 08 Aprel 2024

"Tütün reyestri" nəyi dəyişəcək? - Şərh

2362
Xəbər verdiyimiz kimi, tütün məmulatlarının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin reyestri aparılacaq. Bu, "Tütün və tütün məmulatı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, reyestrin aparılması qaydası, reyestrin əsasnaməsi müvafiq qurum tərəfindən müəyyən ediləcək.





Mövzuya münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, idxal-ixrac əməliyyatları ilə bağlı müəyyən tənzimləyici addımların atılmasına ehtiyac var. Dövlətin buradakı rolunu, tənzimləmə mexanizmlərinin aktiv şəkildə tətbiq edilməsini heç bir halda inkar etmək olmaz. Çünki bu daxili bazar və real istehsal sektorundakı vəziyyətin inkişafında böyük problemlərə səbəb ola bilər:

"Ona görə də son aylar ərzində idxal-ixrac əməliyyatlarının tənzimlənməsi ilə bağlı ilk növbədə Dövlət Gömrük Komitəsi tərəfindən irəli sürülən təşəbbüslər müsbət dəyərləndirilməlidir. Uzun illər ərzində real olaraq həmin sahə ilə heç bir bağlılığı olmayan fiziki və hüquqi şəxslər vasitəçilik missiyası hesabına böyük vəsatlər əldə edirdilər. Bir çox hallarda onların fiskal öhdəliklərinin yerinə yetirməsi ilə bağlı böyük problemlər olurdu. İstehlakçılar da problemləelə üzləşirdilər. Çünki bunların hamısı məhsulun son qiymətində əks olunurdu".

Ekseert qeyd edib ki, eyni zamanda yerli istehsalçılar problemlərlə üzləşirdilər:

"İdxal həcminin çoxalması və pul-kredit siyasətinin sərt olması idxalatı yerli istehsaldan daha əlverişli edirdi. Əminəm ki, gömrük mexanizmlərinin aktiv şəkildə tətbiq edilməsi nəticəsində bazarlardan idxal-ixrac əməliyyatlarının vasitəçilərinin maksimum şəkildə götürülməsini təmin etmək olar. Bu, bir tərəfdən real istehsalata dəstək olar, digər tərəfdən də idxal olunan məhsullarla bağlı mübafiq tənzimləyici mexanizmləri reallaşdırmağa imkan yaradar.

Bütü bunlar şübhəsiz ki, daxili bazarda nizam-intizanın qorunmasına xidmət etməlidir. Ona görə də Gömrük Komitəsinin bu istiqamətdəki təşəbbüslərini müsbət dəyərləndirirəm”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər