Ru
19:08 / 11 Avqust 2024

Ucarda bazar yanır -YENİLƏNDİ

Ucarda bazar yanır -YENİLƏNDİ
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bakupost.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Ucarda mərkəzi bazar yanır.

Bu gün saat 18 radələrində bazarda güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar