Ru
12:25 / 06 İyun 2024

Ucuz qiymətə sərnişin daşımaq istəmirlər - Taksi qiymətlərinin bahalaşması yenidən gündəmdə

5685
Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, taksi xidmətlərində kəskin qiymət artımı müşahidə olunur. Sifariş etdikdə, bir neçə yüz metrlik məsafə üçün 3 manat 11 qəpik və ya 4 manat 50 qəpik qeydə alınır. Qiymət taksi şirkətlərinə görə dəyişir.



Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a deyib ki, hazırda əvvəllər taksi ilə 5 manata gedə biləcəyimiz məsafəni indi 8 manata gedirik. Bu da çox ciddi rəqəmdir və taksi xidmətinin bahalaşmasının əyani göstəricisidir:


“Deyildiyi kimi, buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. Bütün bu xərclərin qarşılığında taksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaq istəmir. Taksi operatorları da sərnişinlərə ekonom, biznes-klas, VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır”.




Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər