Ru
17:57 / 22 İyul 2024

Ukrayna Donetskdən təxliyəyə başladı

Ukrayna Donetskdən təxliyəyə başladı
Eye

Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərindən 64 nəfər xilasetmə qrupları tərəfindən təxliyə edilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 2-si uşaq, 9-u isə hərəkət qabiliyyəti məhdud olan şəxsdir.

Bildirilir ki, rus işğalçılarının davamlı bombardmanları səbəbindən Toretsk şəhərində vəziyyət getdikcə çətinləşir. Bu vəziyyət çoxlu sayda mülki şəxsin ölümünə və infrastrukturun məhvinə səbəb olur. Evakuasiya insanların həyatını xilas etmək üçün real şansdır. Hazırda təhlükə altında olan cəbhəyanı ərazilərin bütün sakinlərini təxliyə olunmağa çağırıblar.

Vasif
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar