Ru
17:15 / 15 Avqust 2024

Ukrayna ordusu Kurska ingilis tankları ilə girib - İddia

1617
Ukrayna qoşunlarının Rusiya ərazisinə transsərhəd hücumunun əks-sədaları davam edir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis mətbuatına danışan mənbə Ukraynanın Rusiya ərazisinə qəfil hücumu zamanı İngiltərədən tədarük etdiyi “Challenger 2” tanklarından istifadə etdiyini iddia edib.

İngiltərə “Challenger 2” tanklarını Ukraynaya 2023-cü ilin yanvar ayında göndərib.

Qeyd edək ki, avqustun 6-da Rusiyanın cənub-qərbindəki Kursk bölgəsində başlayan hücumlardan sonra Kreml administrasiyası on minlərlə insanı bölgədən təxliyə edib. Rusiya mətbuatında yer alan xəbərlərə görə, sərhəd bölgələrindən təxliyə edilənlərin sayı 200 minə çatıb.

Kurskdan sonra Belqorod vilayətində federal fövqəladə vəziyyət elan edildiyi açıqlanıb. Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi bəyanatda Kurskdakı Krupet yaşayış məntəqəsinə nəzarəti bərpa etdiyini iddia edib.

Kiyev Kursk bölgəsində 74 yaşayış məntəqəsinin nəzarət altına alındığını bildirib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar