Ru
17:00 / 30 Avqust 2024

Ukrayna ordusu Kurskda iki kilometr irəlilədi - Sırskiy

Ukrayna ordusu Kurskda iki kilometr irəlilədi - Sırskiy
Eye

"Ukraynanın müdafiə qüvvələri Kursk bölgəsində hücum əməliyyatını davam etdirir. Sutka ərzində bizim müdafiəçilərimiz ayrı-ayrı istiqamətlərdə daha iki kilometr məsafədə irəliləməyi bacardılar".

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki bunu Ukrayana Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

"Kursk istiqamətində hücum əməliyyatı davam edir. Qoşunlarımız bir gün ərzində müxtəlif istiqamətlərdə 2 kilometrə qədər irəliləyb, 5 kvadrat kilometr ərazini nəzarət altına alıb", - deyə o vurğulayıb.

Sırski qeyd edib ki, Ukraynada ən çətin vəziyyət cəbhənin Pokrovsky istiqamətindədir:


"Düşmən qoşunlarımızın müdafiəsini qırmağa çalışır, amma səhərə qədər bütün hücumlar dəf edildi, düşmən heç bir uğuru yoxdur. Digər istiqamətlərdə, vəziyyət mürəkkəb olaraq qalır, lakin idarəolunandır".

Zaur
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar