Ru
15:33 / 01 Oktyabr 2026

Ramiz Mehdiyevin ailəsinin daha bir biznesi bağlandı

Ramiz Mehdiyevin ailəsinin daha bir biznesi bağlandı
Eye

“T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2026-cı il iyulun 28-də verilən BKT-51 nömrəli lisenziya ləğv edilib. Azərbaycan Mərkəzi Bankı bununla bağlı qərar verib.


"Bakupost" Ölkə.az-a istinadən xəbər verir ki, bu təşkilat Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.

Belə ki, “T-Kredit” MMC “Bank BTB”nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaranıb. “Bank BTB” ASC-nin lisenziyası isə cari ilin iyulun 27-də ləğv olunub.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı 76,7 faiz payla Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz) olub.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar