“Star Catcher Industries” oktyabrda “SpaceX”in “Transporter-18” missiyası çərçivəsində kosmosda iki müstəqil peyk arasında simsiz enerji ötürülməsini sınaqdan keçirəcək.
“Bakupost” xəbər verir ki, sınaq zamanı “Protostar” adlı kosmik aparat enerjini optik şüa vasitəsilə günəş panelləri ilə təchiz edilmiş “CubeSat”a ötürəcək.
Təcrübə zamanı peyklərin bir-birini tapması, hərəkətdə olan hədəfi izləməsi və enerji şüasını düzgün istiqamətləndirməsi də yoxlanılacaq.
“Star Catcher” uğurlu nəticə əldə ediləcəyi təqdirdə peyklərə orbitdə əlavə enerji ötürə bilən daha böyük sistem yaratmağı planlaşdırır. Şirkət bu sınağın iki sərbəst uçan kosmik aparat arasında ilk optik enerji ötürülməsi olacağını bildirir.
Vüsalə Hüseynova,
BakuPost