Ru
16:21 / 01 Oktyabr 2026

“BMW” sürətlə kasıblayır: Minlərlə işçi ixtisar edilir

“BMW” sürətlə kasıblayır: Minlərlə işçi ixtisar edilir
Eye

“BMW” xərcləri azaltmaq və gəlirliliyi artırmaq məqsədilə qlobal miqyasda yenidən strukturlaşma planı açıqlayıb. Şirkət dünya üzrə təxminən 8 min iş yerini ixtisar etməyi və 2028-ci ilə qədər ildə 1 milyard avro qənaət etməyi planlaşdırır.

“Bakupost” xəbər verir ki, “BMW” gələn ilin ortasına qədər departamentlərin sayını 20 faiz azaltmağı və idarəetmə strukturunu sadələşdirməyi də nəzərdə tutur.

Şirkət Çində məhsul strategiyasını da dəyişir. “BMW” bu bazarda daha çox yerli modellərə üstünlük verməyi və Çində istehsal olunan avtomobilləri Cənub-Şərqi Asiya ölkələrinə ixrac etməyi nəzərdən keçirir.

“BMW” 2030-cu ilə qədər Çində satdığı avtomobillərin 95 faizindən çoxunu ölkə daxilində istehsal etməyi hədəfləyir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar