Ru
21:38 / 19 İyul 2025

Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif etdi

Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif etdi
Eye

Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşdən sonra bildirib.

Zelenskinin sözlərinə görə, İstanbulda keçirilən son görüşdə əldə olunan razılaşmalar icra olunur, əsir mübadiləsi istiqamətində dialoq davam edir və növbəti mübadilə üzərində iş gedir.

Prezident qeyd edib ki, danışıqlar dinamikasını gücləndirmək lazımdır və Rusiya qərarlardan yayınmaqdan əl çəkməlidir.

"Sülhün təmin olunması üçün liderlər səviyyəsində görüşə ehtiyac var. Ukrayna belə bir görüşə hazırdır,” – deyə Zelenski vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar